Deputatlarımız QDİƏT-in tədbirinə qatılıblar

Milli Məclisin komitə sədrlərinin müavinləri Eldar Quliyev, Musa Quliyev və Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 47-ci sessiyasında iştirak etmək üçün Rusiya Federasiyasına səfər ediblər. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, Moskva şəhərində keçiriləcək toplantıda QDİƏT regionunda iqtisadi əməkdaşlıq vasitəsi ilə sülhün, sabitliyin və firavanlığın təmin olunması ilə əlaqədar müzakirələr keçiriləcək, quruma üzv dövlətlərdə qaçqınların vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq. Deputatlarımız müzakirə olunan məsələlərə öz münasibətlərini bildirəcəklər. Səfər iyulun 1-dək davam edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00