Vətəndaşlığa hansı hallarda xitam verilə bilər?
Günümüzdə bəzi hallarda vətəndaşlıqdan imtina etmək, digər ölkələrin, xüsusilə bəzi Avropa dövlətlərinin vətəndaşlığını qəbul etmək kimi tendensiyalarla da üzləşirik.
28 İyun 2016 14:09 SosialAsif Abdullayev: "Əgər şəxs Azərbaycan vətəndaşlığını əldə edərkən məlumatlərı saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, həmin şəxs Azərbaycan vətəndaşlığını itirir"
"Vətəndaşlıqdan çıxma Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir"
Günümüzdə bəzi hallarda vətəndaşlıqdan imtina etmək, digər ölkələrin, xüsusilə bəzi Avropa dövlətlərinin vətəndaşlığını qəbul etmək kimi tendensiyalarla da üzləşirik. Təəssüflər olsun ki, bəzi hallarda Azərbaycan vətəndaşlığından çıxan həmin şəxslər digər bir ölkənin vətəndaşlığını qəbul etdikdən sonra Azərbaycana qarşı sanki düşmən mövqeyindən çıxış edir, ölkəmiz barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar. Bəzən isə bu və ya digər şəxs onun vətəndaşlığına xitam verilməsinin qanunsuz olduğunu iddia edərək problemin hüquq çərçivəsində həllinə çalışır.
Ümumiyyətlə, vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində təsbit olunub. Buradagöstərilirki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni zamanda vətəndaşlıq hüququnun təminatıilə əlaqədar olaraq AzərbaycanRespublikasıKonstitusiyasının 53-cü maddəsindəgöstərilirki, Azərbaycanvətəndaşıheçbirhalda, AzərbaycanRespublikasıvətəndaşlığındanməhrumediləbilməz.İkincibirtəminatheçbirhaldaAzərbaycanRespublikasındanqovulavəyaxaricidövlətəveriləbilməz. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü hüquqşünas Asif Abdullayev isə deyir ki, AzərbaycanRespublikasıvətəndaşlığınaxitamverilməsiəsaslarıdördhaldanəzərdətutulur: "Azərbaycanvətəndaşlığındançıxmaq, Azərbaycanvətəndaşlığınıitirmək nəticəsində, AzərbaycanRespublikasınınbeynəlxalqmüqavilələrdənəzərdətutulmuşəsaslarolduqda və Azərbaycanvətəndaşlığıhaqqındaqanundanəzərdətutulmuşdigərəsaslarolduqda. Ümumiyyətlə, Azərbaycan vətəndaşlığından çıxma dedikdə, respublika vətəndaşı tərəfindən vətəndaşlıqdan çıxma barədə vəsatət qaldırma başa düşülür. Respublika vətəndaşlığından çıxmaq barədə vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya hüquqi və fiziki şəxslərin mənafeyiilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq barədə vəsatət rədd edilə bilər. Müttəhimkimicinayətməsuliyyətinəcəlbedilənşəxs, yaxudonunbarəsindəqanuniqüvvəyəminmişvəicraedilməliolanməhkəməhökmüolanşəxsvətəndaşlıqdançıxmaqvəsatətqaldırarsa, bunayolverilmir". Hüquqşünas deyir ki, vətəndaşlıqdan çıxma Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlığından çıxmaq istəyən hər kəs müvafiq qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir: "Əgər şəxs Azərbaycan vətəndaşlığını əldə edərkən məlumatlərı saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, həmin şəxs Azərbaycan vətəndaşlığını itirir". Asif Abdullayev onu da bildirib ki, məhkəmə qaydasında vətəndaşlığın itirilməsi prosedurlarını tənzimləyən 40-3-cü fəsilin (355-8.-355-10-cu maddələr) Mülki Prosessual məcəlləyə əlavə edilməsi ilə müvafiq qurumun ərizəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığı məhkəmə qaydasında itirilmiş hesab edilə bilər: " Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi müəyyən edilərsə. Eyni zamanda Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır.Ərizəyə baxılmasında vətəndaşlığın itirilməsi halları ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir. Məhkəmə tərəfindən ərizəyə 10 gün ərzində baxılır və müvafiq qətnamə qəbul edilir".
Füzuli