Nərimanov rayonunda 4 küçə təmir edilir

Paytaxtın Nərimanov rayonunda 4 küçədə təmir-bərpa işləri həyata keçirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təmir işləri Arif Heydərov, Vladimir Mayakovski, Əlicabbar Orucəliyev və Çernyavski küçələrində aparılır. Aparılan təmir işləri zamanı küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır, yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilir və asfaltlanır. Bundan başqa zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur və yeniləri tikilir, yeni səki daşları düzülür, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırlaraq, baxış qapaqları yenilənir.

Bütün işlər "Azəravtoyol" ASC-ni rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00