Maliyyə nazirinə daha bir müavini təyin edilib

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifova daha bir müavin təyin edilib. Bu barədə  Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev məlumat verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Emin Zamin oğlu Hüseynovun maliyyə nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Nazirin 1-ci müavini İlqar Fətizadə, digər müavini isə Azər Bayramovdur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00