“Region Gənclərinin Əməkdaşlıq Forumu” yekunlaşdı
28 İyun 2016 11:33 Sosial"İrəli" İctimai Birliyi və "Regional İnkişaf " İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyiilə 2016-cı il Avropanın Paytaxtı Gəncədə "Region Gənclərinin Əməkdaşlığı Forumu" layihəsi yekunlaşıb. "İrəli"dən "OLAYLAR"-a bildirilib ki, layihənin növbəti günlərində Regional İnkişaf İctimai Birliyi nümayəndələri gənclərə təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat verib. Gənclərlə birgə müzakirələr həyata keçirilib və iştirakçıları nsualları cavablandırılıb. Gəncə şəhər Gənclər evində keçirilən təqdimatdan sonar iştirakçılara müxtəlif mövzularda təlimlər keçirilib.
Qeyd edək ki, layihənin əsas məqsədi "Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı" layihəsinə dəstək olmaq, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində istifadəyə verilən "Gənclər Ev"ləri və "Gənclər Mərkəz"ləri
yerləşən regionlarda, bölgələrdə gənclərin şəxsi inkişafına təkan vermək üçün birgə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.