Mustafa Krımoğlunun hərəkətinə Rusiyadan etiraz
24 İyun 2016 12:38 SosialKrım tatarlarının lider Mustafa Krımoğlunun "REAL" sədri İlqar Məmmədovun azad edilməsi aksiyasına qoşulması Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunu, xüsusilə azərbaycanlı gənclərin narazılığına səbəb olub. Bu barədə "OLAYLAR"-a məlumat verən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili bildirib ki, bu barədə narahatlıq mesajlarını AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayevaya çatdırıblar: "Qənirə xanımla əlaqə saxladım. Millət vəkili bu məsələdən xəbərsiz olduğunu bildirdi. Qənirə Paşayeva Mustafa Krımoğlu ilə bu məsələni müzakirə edəcəyini bildirdi. Çox guman ki, Mustafa Krımoğlu bu satqınların oyununun qurbanı olub".