Bulvar ərazisində açıq havada rəqs məkanı yenidən fəaliyyətə başlayır
24 İyun 2016 11:36 SosialMədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında Bakı Bulvarında təşkil edilən açıq havada rəqs məkanı 25 iyun 2016-cı il tarixindən etibarən hər həftəsonu yenidən fəaliyyətə başlayır. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə gec saatlarınadək davam etməsi nəzərdə tutulur. Tədbirlərdə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.
Qeyd edək ki, rəqslər 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən "Formula 1" Qran Pri yarışı ilə əlaqədar bağlı olması səbəbilə bir müddət keçirilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00