Krım tatarlarının liderindən Azərbaycana xəyanət
24 İyun 2016 11:35 SosialKırım tatarlarının lideri Mustafa Kırımoğlu Azərbaycanın daxili siyasətinə müdaxiləyə yönəlik addım atıb. "OLAYLAR"-ın xəbərinə görə, Mustafa Krımoğlu da törətdiyi cinayət əməlinə görə həbs edilmiş REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması aksiyasına qoşulub. Belə ki, o, əlində "İlqara azadlıq" çüarı yazılmış plakatla fotoreportyorlar qarşısında poz verib.
Qeyd edək ki, Mustafa Krımoğlu bir müddət əvvəl beynəlxalq tədbirlərin birində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təsadüfi şəkildə görüşərək onu fəxr hissi ilə Azərbaycan Prezidenti ilə görüş kimi mətbuata yaymışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00