İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunacaq
24 İyun 2016 11:34 SosialVətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulması ilə əlaqədar
Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə yeni - 594-1-ci maddənin əlavə olunacağı nəzərdə tutulur. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev verib. Asif Abdullayev qeyd edib ki, vətəndaşların müraciətinin qəbul edilməməsinə, ətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsinə (yəni, vətəndaşın müraciətini baxılması üçün barəsində şikayət edilən quruma göndərilməsi), vətəndaşların qəbulunun "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməməsinə, dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsi kimi xətalara görə məsuliyyət müəyyən edilir: " Yeni maddəyə əsasən, qeyd edilən xətalara görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Yeni maddə üzrə nəzərdə tutulmuş xətalarla bağlı icraat prokurorun qərarı ilə başlanılacaq. Məlumat üçün qeyd etmək lazımdır ki, Vətəndaşların müraciətləri haqqında qanuna əsasən, vəzifəli şəxslər vətəndaşların qəbulunu təşkil etməlidirlər. Qanunda həmçinin müraciətin qəbulundan imtina və vətəndaşın müraciətini barəsində şikayət edilən quruma göndərilməsi də qadağandır".