“AtaBank” ASC hərbçimizin kredit borcunu bağışladı
24 İyun 2016 11:29 Sosial"AtaBank" ASC Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb. Bu barədə məlumat "OLAYLAR"-a bakdan daxil olub. Bildirilib ki, Məmmədov Anar Yaşar oğlu döyüş tapşırığını yerinə yetirərkən mina partlaması nəticəsində sağ ayağından qəlpə yaraları alıb və sol qolunu dirsəkdən yuxarı itirib. Hərbçimiz "AtaBank"-ın mərkəzi filialına dəvət olunub və İdarə Heyəti Sədrinin Müavinləri Səbuhi Əliyev və Rauf Hüseynovla görüşüb. Görüş zamanı "AtaBank" ASC-nin İdarə Heyəti Sədrinin Müavini Səbuhi Əliyev məsələ ilə bağlı bildirib ki, "AtaBank ASC olaraq biz maliyyə bazarında yenilikçi missiyamızla yanaşı, vətənpərvərlik ruhuna da sadiq qalırıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00