“Narkotiklərə yox deyək” adlı tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 saylı orta məktəbdə rayon məktəblərinin direktor müavinləri, psixoloqları və şagirdlərinin iştirakı ilə 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü münasibətilə "Narkotiklərə yox deyək" adlı ümumrayon tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Gülnaz İsrafilova açaraq, 7 dekabr 1987-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən 26 iyun narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə günü elan edildiyini qeyd edib. Sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Az miqdarda müsadirə edilmiş narkotik vasitələri məhvetmə komissiyasının məsul katibi Bəhman Hüseynov çıxış edərək, adı çəkilən komissiyanın fəaliyyəti, gördüyü işlər, eləcə də müsadirə edilmiş narkotik vasitələrin məhvetmə prosesləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00