Binəqədidə Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə Binəqədi Rayon İcra Hakimiyyətində tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısı Aparatında, inzibati və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, mərkəzi icra hakimiyyəti orqanlarının rayon ərazisində fəaliyyət göstərən yerli qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Xaləddin İsgəndərov  23 iyun - Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli yolda uğurlar arzulayıb. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 22 iyin tarixli 56 №-li "23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə bir qrup dövlət qulluqçusunun mükafatlandırılması haqqında" əmri oxunub. Əmrə əsasən bir qrup dövlət qulluqçularına növbəti ixtisas dərəcələri verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00