MOBILAZE  layihəsinin rəsmiləri ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev 2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış "Azərbaycan Respublikası, Avropa İttifaqı (Aİ) və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə" çərçivəsində icra olunan "Azərbaycanla Mobillik Naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE)"  layihəsinin rəsmiləri ilə görüşüb. "OLAYLAR"-ın xidmətə istrinadən verdiyi xəbərə görə, Firudin Nəbiyev dünyada miqrasiya və miqrantlar mövzusunun aktuallıq kəsb etdiyi müasir dövrdə Azərbaycanda miqrasiya proseslərinin idarəedilməsi və tənzimlənməsi sahəsində əldə olunan nəticələr barədə söhbət açıb. Respublikamızda mükəmməl miqrasiya qanunvericiliyinin formalaşdığını bildirib. Bu nailiyyətlərin əldə edilməsində Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısını vurğulayıb. Ölkəmizlə Avropa İttifaqı arasında readmissiya, miqrasiya və qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində sıx əməkdaşlığa toxunan F.Nəbiyev "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş"in icrası istiqamətində görülmüş işləri qeyd edib. Görüşdə layihə çərçivəsində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Dövlət Miqrasiya Xidmətinin layihədə iştirakının əhəmiyyətindən söhbət açılıb və perspektivdə duran məsələlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00