Masallının Sirəbil kəndinə ilk dəfə təbii qaz verilib
23 İyun 2016 16:54 Sosialİyunun 23-də Masallı rayonunun Sirəbil kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı SOCAR-ın mətbuat xidməti yayıb. Bildirilib ki, 144 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 8922 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00