Təhsil islahatlarına dəstək verilir

Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Təhsil islahatlarına dəstək məqsədilə tələbə və valideynlər arasında maarifləndirmə işlərinin aparılması" layihəsi çərçivəsində növbəti tədbir keçirib.  "OLAYLAR"-ın xəbərinə görə, İctimai Birliyin sədri Mütəllim Rəhimov tədbiri açaraq bildirib ki, təhsil sistemində aparılan islahatlar bəzi hallarda, xüsusilə də özəl ali məktəblərdə tələbələrə və valideynlərə düzgün izah edilmədiyindən onlar bu dəyişilmələrin mahiyyətini dərk edə bilmirlər. Təhmasib Hüseynov tələbələrin Boloniya prosesi haqqında geniş məlumatlara malik olmadığına görə çoxsaylı problemlərlə qarşılaşdığını və hüquqlarının pozulduğunu deyib. Ekspert Səyavuş Qasımov isə bildirdi ki, cəmiyyətə belə bir yanlış fikir hakim kəsilməkdədir ki, Boloniya prosesi yalnız test sistemindən ibarətdir. Həm də bu testlər təhsilalanların dərindən savad almasına, biliklərə yiyələnməsinə yönəlməyib, ölkədə bilərəkdən savadsızlığın dərinləşməsinə xidmət edir. Buna görə də bir sıra hallarda geniş ictimaiyyət ölkədə aparılan təhsil islahatlarına dəstək verməkdənsə, onun qarşısında maneəyə çevrilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00