Abid Şərifov: “Təbii fəlakətlərin əhaliyə vurduğu ziyanın həcmi minimuma endirilib”
23 İyun 2016 15:53 Sosial"Görülən tədbirlər nəticəsində təbii fəlakətlərin əhaliyə vurduğu ziyanın həcmi minimuma enib". Bunu baş nazirin müavini Abid Şərifov deyib.
A. Şərifov bildirib ki, həm hökumətin, həm də beynəlxalq maliyyə institutlarından cəlb olunan kreditlərin hesabına çayların ətrafında bənd-bərkitmə işləri həyata keçirilib: "Təbii fəlakətlərdən dünyanın heç bir ölkəsi sığortalanmayıb. Bu gün ABŞ, Fransa kimi inkişaf etmiş ölkələrin şəhərləri daşqınlar nəticəsində suyun altında qalıb, üstəlik, insan tələfatı da var. Lakin bizim gördüyümüz tədbirlər nəticəsində əhaliyə dəyən ziyanın həcmi maksimum azalıb. Şükürlər olsun, insan tələfatı da yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00