Veteranlar Silahlı Qüvvələr Gününü qeyd etdilər
23 İyun 2016 15:50 SosialDadaş Rzayev: "Ordumuz işğal edilmiş torpaqları azad etməyə, ərazi bütövlüyünü təmin etməyə tam hazırdır"
İyulun 23-də Respublika Veteranlar Təşkilatı Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbir öz işinə torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan xalqının qürur mənbəyi olduğunu qeyd edən Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev diqqətə çatdırıb ki, Silahlı Qüvvələrin yaranma tarixi 26 iyun 1918-ci ilə təsadüf edir. Həmin tarixdə Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə-əlahiddə Azərbaycan korpusu yaradılmışdır. 1918-ci ilin avqustunda isə Azərbaycanda Hərbi Nazirlik təsis edilib, general Mehmandarov nazir, Şıxlinski isə müavin təyin edilib. Azərbaycan Slahlı Qüvvələri yarandığı andan xalqımızın təhlükəsizliyi, dövlət və dövlətçiliyimizin təminatçısı olmuşdur. Qısa müddət ərzində Bakı və ətraf rayonlar erməni-bolşevik silahlılı birləşmələrindən təmizləyib. 1920-ci ilin aprel işğalı isə Milli Ordunun tam formalaşmasına inkan verməyib. Buna baxmayaraq "ordu və xalq birdir" devizini daim şüar edən Silahlı Qüvvələrin yarandığı gün Azərbaycan xalqı tərəfindən fəxr və iftixarla qeyd edilir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı Silahlı Qüvvələr Gününü böyük təntənə ilə qeyd edir. Onun sözlərinə görə, Azərbaycanda ordu quruculuğu ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün olub: "Uzaqgörən siyasətçinin ciddi səyi nəticəsində 1972-ci ildə Azərbaycanda Naxçlvanski adına Ali Hərbi Məktəb yaradılıb. Ulu öndər Azərbaycanın müstəqillik illərində də ordu quruculuğunu davam etdirib. Belə ki, 1998-ci il 22 may fərmanı ilə 26 iyun tarixi Azərbaycan Silahl Qüvvələr Günü kimi elan edilib: "Azərbaycanın müasir ordu quruculuğu 1993-cü ildən başlanıb. O zaman mövcud olan hərc-mərclik aradan qaldırılıb, müxtəlif silahlı birləşmələr dövlətin nəzrətinə keşib. Hazırda ordumuz işğal edilmiş torpaqları azad etməyə, ərazi bütövlüyünü təmin etməyə tam hazırdır". Onun bildirdiyinə görə, hazırda ordu quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilir: " Bu il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində baş verənlər ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. Düşmənin yüzlərlə hərbi qulluqçusu , o cümlədən yüksək rütbəli zabitləri, 12 zirehli texnikası məhv edildi, 2 qərargah məntəqəsi darmadağın olundu. Strateji cəhətdən üstün mövqelər Silahlı Qüvvələrimizin nəzrətinə keçdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyev haqlı olaraq bildirdi ki, düşmən öz təxribatından əl çəkməsə Azərbaycanın növbəti zərbələri daha sarsıdıcı və həlledici olacaqdır". Digər çıxış edən veteranlar Azərbaycan Silahlı Qüvvələrinin formalaşma tarixindən, keçdiyi şərəfli və rəşadətli yoldan və müstəqillik illərində ordu quruculuğundan bəhs etdilər. Tədbirin sonunda bir qrup Silahlı Qüvvələr veteranı Respublika Veteteranlar Təçkilatının təsis etdiyi medallarla təltif edildilər.
Alim