Baş nazirin müavini: "Sosial evlərin tikintisi üçün əlavə torpaqlar ayrılır"

"Sosial evlərin tikintisi üçün Mənzil İnşaatı Dövlət Agentliyinə 50 hektar torpaq və 10 milyon manat pul ayrılıb". Bunu baş nazirin müavini Abid Şərifov deyib.

"Söhbət 1-2 evdən deyil, məhəllələrdən, kvartallardan gedir. Başqa sözlə, sosial evlərin tikintisi uzunmüddətli prosesdir. Təkcə tender prosedurları 5-6 ay aparacaq", - deyə A. Şərifov bildirib.

Baş nazirin müavini quruma ayrılan torpaqların harada yerləşdiyini deməyib: "Bu gün də quruma torpaqların ayrılması davam edir. Proses yekunlaşdıqdan sonra ətraflı məlumat veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00