Azad Rəhimov Bədən Tərbiyəsi və İdman Akademiyasında olub

Gənclər və idman naziri Azad Rəhimov aparılan yenidənqurma işləri və islahatlardan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olub. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, nazir qısa müddət ərzində akademiyada çox böyük işlərin görüldüyünü deyib. Bildirib ki, burada elektron tədris materiallarının təhlükəsiz istifadəsi üçün, həmçinin Akademiyanın idarəolunmasında tələb olunan bütün məlumatların yerləşdirilməsi üçün xüsusi server alınıb. Eyni zamanda, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tövsiyəsi ilə tədrisin və imtahanların daha effektiv olması üçün "Online University" sistemi qurulmuşdur. Bu proqram tələbələrin biliklərinin həm semestr zamanı, həm imtahan sessiyası zamanı qiymətləndirilməsində tam şəffaflığa nail olmaq imkanını yaradır. Beynəlxalq təcrübənin öyrənmək üçün Akademiyanın əməkdaşları Türkiyə, Almaniya, Rusiya, Belarus, Sloveniya və Bolqarıstana səfər etmişlər. Daha çox Köln Alman İdman Universitetinin təhsil modelinə istinad etmək məqsədəuyğun hesab edilmişdir. İnanıram ki, akademiyada təhsil almaq istəyən tələbələrin sayı ilbəil artacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00