Yas mərasimlərinin sadələşdirilməsi tövsiyyəsi niyə özünü doğrultmadı?
23 İyun 2016 14:40 SosialOn ildən artıqdır ki, Milli Məclisin Əmək və sosial-siyasət komitəsi tərəfindən "Mərasimlər haqqında" qanun layihəsi üzərində müvafiq işlər aparılır. Lakin fakt ondan ibarətdir ki, inddiyə qədər belə bir sənədin qəbulu mümkün olmayıb. Milli Məclisin Əmək və sosial-siyasət komitəsindən bildirilib ki, bu qanun layihəsi Azərbaycanın reallıqlarına uyğun gəlmir. Dəbdəbəli mərasimlərə qadağanın qoyulması insan hüquqlarının məhdudlaşdırılması kimi dəyərləndirilə bilər. Ancaq buna baxmayaraq bir neçə il öncə yas mərasimlərinin sadələşdirilməsilə bağlı yerli icra struktiurlarına göstəriş verildi. Hətta bununla əlaqədar olaraq yerli özünü idarə oraqnı kimi bələdiyyələrə nəzarət funksiyası da verilmişdi. İnsafən desək insanlar bu tövsiyələrə riayət edərək yas mərasimlərini xeyli dərəcədə sadələşdirmişdilər. Lakin üstündən çox keçməmiş görülən bütün tədbirlərin üstündən xətt çəkilərək əvvəlki vəziyyətə qayıdıldı. "Olaylar"ın əldə etdiyi məlumata görə, buna səbəb mərasim zallarının sahibləri və "çadır biznesi" ilə məşğul olan şəxslərin fəallaşması olub. Belə ki, bu növ bizneslə məşğul olan "işbazlar" yerli icra strukturları və nəzarıt orqanlarını razı sala biliblər. Hazırda onların "fəaliyyəti" nəticəsində dəbdəbəli yas mərasimləri yenidən tuğyan etməyə başlayıb.