2017-ci ilin iş proqramı müzakirə olunub
23 İyun 2016 14:12 Sosial"Azneft" İstehsalat Birliyində 2017-ci ilin iş proqramına dair iclas keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, birliyin Baş direktorunun müavini, Baş geoloq Ədalət Eminov fəaliyyətsiz quyu fondu üzərində aparılacaq tədbirlər, hasilatın düşmə tempinin qarşısının alınması istiqamətində atılacaq addımlar, 2017-ci il ərzində aparılacaq kəşfiyyat işləri haqqında məlumat verib. O bildirib ki, cari ilin sonuna kimi "Qoşadaş" strukturunda kəşfiyyat işlərinin yekunlaşdırılması, müsbət nəticə əldə edilərsə, qazma işlərinə başlanılması, eləcə də gələn il "Bulla-dəniz" yatağında seysmik-kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur. Bildirilib ki, 2017-ci il ərzində 88 yeni quyunun qazılması, 89 quyuda qazma işlərinin başa çatdırılması, 45 yeni obyektin istismara verilməsi nəzərdə tutulur.