Türkiyə erməniləri məyus etdi
22 İyun 2016 12:09 SosialTürkiyədə erməniləri məyus edən qərar qəbul edilib. Bu barədə "OLAYLAR"-a məlumat verən İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal biuldirib ki, İqdırın Tuzzluca qəsəbəsinin girişinə yerləşdirilmiş ermənicə "Tuzlucaya xoş gəldiniz" və "Gülə-gülə" lövhələri götürülüb. Məlumata görə, İqdırın Tuzluca qəsəbəsində yaşayan azzərbaycanlılar ermənicə yazıya ciddi etiraz bildirdiyi üçün Tuzluca Bələdiyyəsi bir müddət əvvəl atmış olduğu səhv addımı düzəldib.
Sərdar Ünsal qeyd edib ki, bununla haqq öz yerini tapmış oldu: "Bununla bağlı biz ciddi etirazımızı ifadə etmişdik. Hər fürsətdə Türk düşmənliyi edən, Türkiyəni dünyada çətin duruma salmağa çalışan bir ölkənin dilində Tuzlucaya lövhənin yerlışdirilməsi yanlış qərar idi. Bu yanlışı düzəltdiyinə görə Tuzluca bələdiyyəsi və ictimaiyyətinə təşəkkür edirəm".
Qeyd edək ki, bir müddət əvvəl İqdırın Tuzluca qəsəbəsinin girişinə Türkcə, kürdcə, ingilis və ermənicə chr("39")Tuzlucaya xoş gəldiniz" və chr("39")Gülə-güləchr("39") yazılmış lövhələr yerləşdirilmişdi".