Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu təmir olunub

Qəbələ rayonu Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu qısa müddət ərzində yenidən qurularaq tam yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun yenidən qurulması "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində yüksək keyfiyyətlə aparılıb. Yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ümumilikdə yolun 55 min m2 - dən çox ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənib, yeni su keçidləri inşa olunub. Ümumilikdə uzunluğu 113 metr olan 12 ədəd müxtəlif diametrdə və ölçüdə suötürücü boru tikilib və təmir olunub. Bundan başqa yolun 3,8-ci km-də, Tüntül kəndi ərazisində uzunluğu 5 metr, eni isə 7 metr olan 1 ədəd dəmir-beton körpü də inşa olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00