Salyanda doğuşdan sonra ölən körpələrin meyitlərinin ilkin müayinəsi başa çatıb

Ötən gün Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində doğuşdan sonra ölən körpələrin meyitlərinin ilkin müayinəsi başa çatıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Məlumata görə, ümumilikdə ekspert müayinələri davam edəcək, bu proses üç həftə ərzində yekunlaşacaq. Ölümün dəqiq səbəbi proses yekunlaşandan sonra məlum olacaq. Yekun nəticələr üç həftəsən sonra Salyan rayon prokurorluğuna təqdim olunacaq.

İlkin nəticələr barədə hər hansı məlumat açıqlanmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00