ADR Hərəkatı qeydiyyata alınmadı

Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatı ilə bağlı müraciətini növbəti dəfə mənfi cavablandırıb.Bu barədə qurumdan verilən məlumata görə, nazirliyin cavab məktubunda dövlət qeydiyyatından imtinanın səbəbi kimi ADR-in Nizamnaməsində qəbul, əlavə və dəyişiklik edilməsi qaydasının olmaması göstərilib: "Əgər qanunun bu tələbinə əməl edilməyibsə, niyə Ədliyyə Nazirliyi birinci və ikinci dəfə sənədləri geri qaytaranda irad bildirilməyib? Artıq 3-cü dəfə hərəkatın qeydiyyatı ilə bağlı göstərilən iradlar onu deməyə əsas verir ki, bunlar hamısı bəhanədir ". Qurumdan onu da bildiriblər ki, imtina ilə bağlı Ədliyyə Nazirliyini məhkəməyə verəcək. 
Qeyd edək ki, Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı qalaraq partiya sıralarını tərk edən bir qrup şəxs tərəfindən yaradılan ADR Hərəkatının sədri Qubad İbadoğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00