Rəşid Behbudovun yeni heykəlinin başına torba keçirdilər
21 İyun 2016 16:40 SosialMədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov virtualaz.org saytına bunun səbəblərini açıqlayıb. Onun sözlərinə görə, payızda abidənin açılış mərasimi keçiriləcək. Buna görə də, payızadək heykəlin üzəri qapalı qalacaq.
"Heykəlin üzərində montaj işləri aparılıb. Yəqin buna görə də, əksəriyyət artıq açılış mərasiminin olduğunu düşünüb", - deyə mətbuat katibi söyləyib.
İ.Hümbətov əlavə edib ki, payızda Rəşid Behbudovun xatirəsinə həsr olunacaq tədbirlər, festivallar da keçiriləcək.
***
Bir müddət öncə Bakıda Azərbaycanın dünya şöhrətli müğənnisi Rəşid Behbudovun heykəli ucaldılmışdı.
Ancaq bu günlərdə yeni ucaldılan abidənin nədənsə üzərinə ağ örpək keçirilib.
Milli.Az-a bu barədə oxuculardan biri məlumat verib. Şahid bildirib ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının qarşısında qoyulan heykəlin hansısa səbəbdən üstü örtülüb.
Bundan əlavə, yeni heykəl dörd tərəfdən əhatəyə alınıb.