Qədim abidənin sirri açılır - Tikili ilin günlərini göstərirmiş
21 İyun 2016 16:24 SosialQədim zamanlarda insanlar Böyük Britaniyadakı məşhur Stounxenc abidəsini Ay və Günəş təqvimini hesablamaq üçün istifadə edib.
ATV.az xəbər verir ki, britaniyalı ekspert lloyd Metyus və kanadalı tarixçi Coan Rankin belə qənaətə gəlib. Tədqiqatçılar yekun fikrə gəlmək üçün yaxın 3 il fasiləsiz olaraq araşdırmalar aparıb. Məlum olub ki, 5 iri daşda səciyyəvi olmayan naxış həkk olunub. Tikilinin ətrafında isə 56 xüsusi çuxur və eyni sayda dəlik var. Bütün bunlar tikilinin birinci mərhələsində yaradılıb.
Tarixçilərin fərziyyələrinə görə, bu oyuq və dəliklərdən günlərin hesablanması üçün istifadə olunub. Tikilinin ətrafında 6.5 dəfə dövrə vurulsa, 365 əmələ gəlir ki, bu da il ərzində günlərin dəqiq sayıdır. Mütəxəssislər hesab edir ki, belə bir təqvimin qurulması vətəndaş cəmiyyətinin inkişafına kömək edib.