"22 ildir bağ tikdirirəm, hələ də hazır deyil"

Xalq artisti Nisə Qasımova illərdir tikdirdiyi bağ evini hələ də tamamlaya bilməməkdən şikayətlənib. 

Axşam.az bildirir ki, bu haqda "ATV maqazin onlarla" verilişinə danışan müğənni kövrəlib:

"Bağ evimi 1994-cü ildə tikdirməyə başlamışdım. Hər daş hörüldükcə, nəsə öyrənirdim. 22 il keçib, hələ də hazır deyil. Hərdən deyirəm ki, kaş tez başa çata. Mən deməyim ki, "Tikmədim özüm qalam, tikdim ki, izim qala". 

Özümə sual verirəm ki, "Başqaları necə qazanır, hər şeyi tez edir. Niyə məndə tez olmur bəs?" Sonra elə cavabı da özüm deyirəm: O, tikmir, qurmur, yaratmır. Onun üçün tikirlər, qururlar, hazır açarı verirlər ki, gir içinə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00