Allahşükür Paşazadə: “Prezidentin Nardarana getməsi onlarda böyük ruh yüksəkliyi yaradıb”
21 İyun 2016 15:32 Sosial"Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nardaran qəsəbəsindəki "Rəhimə Xanım" məscid-ziyarətgah kompleksi ilə tanış olduqdan sonra Nardaran qəsəbəsində sakinlərlə də görüşdü. Ölkə başçısı ziyarətgahda, Pirdə oldu və oradakı fəaliyyətlə, gələcəkdə tikiləcək mədrəsə ilə yaxından maraqlandı". SİA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
Allahşükür Paşazadənin sözlərinə görə, ölkə başçısının Nardarana getməsi nardaranlılarda çox böyük ruh yüksəkliyi verib: "Prezidentin Nardarana getməsi birdaha onu göstərir ki, Azərbaycanın hansı guşəsində harada olursa-olsun hamısı bizim Vətəndir və hamısı da Azərbaycana qulluq edir. Nardaran camaatı sonradan bir Şeyxülislam kimi mənə zəng etdilər və təşəkkürlərini bildirdilər ki, ölkə başçısı onları ziyarət edib".