Rus dilində Odlar Yurdu jurnalı çapdan çıxdı

Rusiyada fəaliyyət göstərən Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu rus dilində "Odlar yurdu" adlanan jurnal çap edib. Fondun sədri Şamil Tağıyevin "OLAYLAR"-a verdiyi məlumata görə jurnal ayda bir dəfə çap olunacaq. Dərginin diaspora nümayəndələrimiz və Rusiya içtimaiyyətinə pulsuz paylanması nəzərdə tutulub. Azərbaycan Rusiya əlaqələri, Qarabağ həqiqətləri, diasporumuzda baş verən yeniliklər, Azərbaycanın turizminin təbliği və s. mövzular "Odlar Yurdu" jurnalının əsas mövzusu olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00