Mərkəzi Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu keçiriləcək
20 İyun 2016 11:51 Sosialİyunun 20-21-də Qazaxıstanın paytaxtı Astana şəhərində Mərkəzi Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən daxil olub. Bildirilib ki, forumda SAM-ın iqtisadiyyatın təhlili və globallaşma məsələləri şöbəsinin elmi işçisi Şahmar Hacıyev də iştirak edəcək. Mərkəz rəsminin forumda "Regional əməkdaşlıq və inteqrasiya - rəqabətlilik" panelində çıxışı da nəzərdə tutulub. ADB (Asiya İnkişaf Bankı) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutu tərəfindən təşkil olunan Mərkəzi Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu "İnteqrasiya olmuş Mərkəzi Asiya Regionu uçün İqtisadi Əməkdaşlığın dəstəklənməsi" mövzusunda nəzərdə tutulub.