“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı
6 May 2016 16:57 Sosial06 may 2016-cı il tarixdə saat 11:00-da Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması və gənclərin iştirakı ilə toplantı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun məsul işçisi Rahu Qurbanova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Teçim, Tələbə Gənclər Təşkilatlarının nümayəndələri, şagirdlər, valideyn və müəllimlər iştirak etmişlər.
Qeyd edək ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil edilən müsabiqə iki mərhələdə keçirilmişdir. I mərhələnin-rayon daxili məktəblər arasında mərhələnin 50-yə yaxın qalibi II- final mərhələsinə yazı təqdim etmişlər.
Tədbirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün qeyd edilməsi, böyüməkdə olan gənc nəsil arasında Heydər Əliyev irsini təbliğ etmək, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasından ibarətdir.