Qanvermə aksiyası keçirilib

8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, artıq 3-cü ildir ki, təşkil edilən xeyriyyə aksiyasında Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müəllimlər fəal iştirak ediblər. Aksiyada B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00