Dini radikalimlə mübarizə yolları müzakirə edilib
6 May 2016 16:27 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ucar rayonu Çiyni kənd "Hacı Ağamirzə" məscidi dini icmasının həyata keçirdiyi "Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi" layihəsi çərçivəsində Çiyni kəndində "Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Ucar rayonu Çiyni kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Çiyni kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, tam orta məktəbin direktoru, müəllim və tələbə kollektivi, dini icmanın sədri Zaur Eyvazov və gənclər iştirak ediblər. DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tədbirdə çıxış edərək radikalizmin müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən, başqalarının hüquqlarını pozmaq bahasına məqsədə çatma fəaliyyəti olduğunu diqqətə çatdırıb. Dini radikalizmin də bu mənada, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe mənimsəyən, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorist qrupların fəaliyyətlərinə şamil edildiyini vurğulayıb.