Ailə Məcəlləsi də dəyişdirilir
6 May 2016 16:14 SosialAilə Məcəlləsinə növbəti dəyişikliklər nəzərdə tutulur. "Olaylar" xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin Ailə və qadın, Əmək və sosial siyasət komitələrinin mayın 6-da keçirilən iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən parlamentin Ailə və qadın komitəsinin sədri Aqiyə Naxçıvanlı Ailə Məcəlləsinə təkliflərin Ali Məhkəmənin Plenumu tərəfindən irəli sürüldüyünü bildirib. Təklif olunur ki, Ailə Məcəlləsinin 22.2.1. maddəsi bu şəkildə əksini tarsın: Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, əgər uşaq həmin valideynin yanında deyildirsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi həll edilir. Təkliflərdən biri də budur ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmçinin, təklif olunur ki, müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkmə qətnaməsindən sonra çıxarış daxil olduqdan sonra nikahın pozulmasının dövlət qeydiyyatını aparmalıdır. Eyni zamanda, nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər. Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.