Alimentin tutulması dərhal təmin ediləcək
6 May 2016 16:13 SosialBirinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin ediləcək. "Olaylar" xəbər verir ki, bununla bağlı Əməmk Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur. Parlamentin Ailə və qadın, Əmək və sosial siyasət komitələrinin mayın 6-da keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı Ali Məhkəmənin hakimi Vəfaəddin İbayev deyib ki, ailə münasibətləri hər bir cəmiyyətdə qorunur, həminin, ailənin möhkəmliyi Konstitusiya ilə təmin olunur. Azərbaycan xalqının da tarixən gözəl ailə ənənələrinə malik olduğunu xatırlan V. İbayev eyni zamanda təəssüf hissilə bildirib ki, son 15-20 ildə ölkədə nikahların pozulması halları Azərbaycan ailəsinin möhkəmliyi xüsusiyyətlərinə cavab vermir, yəni, nikahların pozulması halları artır, məhkəmə çəkişmələri, aliment məsələləri ortaya çıxır: "Sovetlər dövründə alimentlərlə bağlı məhkmə qətnamələrinin dərhal icraya yönəldilməsini nəzərdə tutan norma vardı. Ancaq son illərə kimi aliment bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən sonra nikahları pozulan cütlüklərə aliment məsələsi ilə bağlı yuxarı instansiya məhkəmələrinə müraciət, şikayət etmək hüququ verilmişdi və bu da haradasa ən azı 6-7 ay çəkirdi. Bu müddətdə də uşaqlara alimentlərin ödənilməsi məsələsində əlavə problemlər yaranırdı və bundan da ilk növbədə uşaqlar əziyyət çəkməli olurdu. Ona görə Ali Məhkəmənin Plenumu belə bir təklif çıxış edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin edilsin. Yəni, bundan sonra tərəflər yenidən yuxarı instansiya məhkəmələrinə müraciət edə bilərlər".