Binəqədidə Heydər Əliyevin 93-cü ildönümü qeyd edilib

Binəqədi rayon icra hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur" mövzusunda elmi-nəzəri konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə Milli Məclisin üzvü Nizami Cəfərov "Heydər Əliyev - Azərbaycan ədəbiyyatının hamisi kimi" məruzəsi ilə çıxış edərək, Ulu Öndərin xalqımıza göstərdiyi misilsiz xidmətlərindən danışıb. Milli Məclisin üzvü Elman Nəsirov "Heydər Əliyev - Azərbaycanı beynəlxalq müstəvidə tanıdan şəxsiyyət", Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli məclisin üzvü Azay Quliyev "Heydər Əliyev və vətəndaş cəmiyyəti institutlarının formalaşması" mövzusunda çıxış ediblər. "Heydər Əliyevin idarəetmə məktəbi" mövzusunda çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğulayıb. Bildirib ki, bu gün hər birimiz Dahi Rəhbərin qurub yaratdığı, dünyaya tanıtdığı müasir müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edir və ona borcluyuq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31