“UNEC ekspert” jurnalının ilk sayı işıq üzü görüb
6 May 2016 15:43 SosialAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təsis etdiyi "UNEC Ekspert" jurnalının ilk buraxılışı oxucularına təqdim edilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, nəfis tərtibatda işıq üzü görən və eksklüziv məqalələrlə zənginləşdirilən jurnalda dünyada və ölkədə baş verən aktual iqtisadi proseslərin ekspert icmalları yer alıb. "UNEC Ekspert" jurnalının oxucuları iqtisadiyyatın və biznesin aktual məsələlərinə dair ölkənin aparıcı iqtisadçı alimlərinin münasibətini öyrənəcək, irəli sürülən təkliflərlə yaxından tanış olacaqlar. Unikal intellektual meydana çevrilməyi hədəfləyən jurnalın hər sayı UNEC-in "Diskurs.az" virtual iqtisadi forumunda ictimaiyyətin müzakirəsinə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00