Qanunsuz lotereya və idman mərc oyunlarına görə cərimələr sərtləşdirildi

Azərbaycanda qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar cərimələr artırılıb. "Olaylar"-ın məlumatına görə, bu, Milli Məclisdə qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, hazırda lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və keçirilməsinə, o cümlədən edilir. qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və keçirilməsinə görə 1500 manatdan 2000 manatadək cərimə tətbiq edilir. Dəyişiklikdən sonra bu əməllərlə bağlı cərimələrin miqdarı 3000 manatdan 4000 manatadək olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00