İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. "Olaylar"-ın məlumatına görə, dəyişikliklərdə bir sıra qanunsuz hərəkətlərlə əlaqədar tətbiq edilən cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur. Dəyişikliklərdə qanunsuz lotereya və idman mərc oyunlarının keçirilməsi, yalançı sahibkarlıq, saxta müflisləşmə, əmtəə nişanlarından qanunsuz istifadə etmə, qəsdən müflisləşmə, istehlakçıların hüquqlarının pozulması və digər qanunsuz hərəkətlərin daha sərt cərimələnməsi təklif edilir. Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00