Şabran və Neftçala rayonlarının daha 2 kəndinə təbii qaz verilib
6 May 2016 15:16 SosialMayın 6-da Neftçala və Şabran rayonlarının daha iki kəndinə təbii qaz verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, 139 abonentlik Şabranın Günəşli kəndinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 11978 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Neftçala rayonunun 233 abonentlik Xəzərkənd kəndinəbirpilləli sistem əsasında həyata keçirilmiş qazlaşdırma işləri zamanı 34344 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00