Xaricdə yaşayan hər bir soydaşımız Vətənin müdafiəsinə hazır olmalıdır
6 May 2016 15:15 SosialXarici ölkələrdə yaşayan hər bir azərbaycanlı müharibə baş verəcəyi təqdirdə Azərbaycana qayıdıb Vətənin müdafiəsində fəal iştirak etməlidir. Belə bir açıqlama ilə çıxış edən Ukraynadakı Qafqaz Xalqları Konqresinin prezidenti Paşa Məmmədov "OLAYLAR"-a bildirib ki, o da hər zaman Vətənin müdafiəsinə hazırdır: "Ümumiyyətlə, hansı ölkədə yaşamasından, hansı siyasi mıənsubiyyətə malik olmasından asılı olmayaraq hər kəs Vətənin ağır günündə ona dayaq olmalı, onun müdafiəsinə qalxmalıdır". Paşa Məmmədov əmin olduğunu bildirib ki, Qarabağda genişmiqyaslı əməliyyatlar və müharibə başlayacağı təqdirdə Ukraynada yaşayan azərbaycanlılar hamılıqla Azərbaycanın haqq işi uğrunda mübarizəyə qoşulacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00