Qarabağ veteranları hücum briqadaları yaratmaq üçün Müdafiə Nazirliyinə müraciət etdi
6 May 2016 15:12 SosialAzərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin idarə heyəti və Bakı şəhərində yerləşən rayonların filial sədrlərinin iştirakı ilə fövqəladə iclas keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, iclasın əsas mövzusu Ermənistan Respublikasının Dağlıq Qarabağ ətrafında yeritdiyi məntiqsiz və ədalətsiz mövqeyi olub. Birliyin sədri Mehdi Mehdiyev bildirib ki, Ermənistan dövləti Dağlıq Qarabağ siyasətində öz havadarlarını itirərək bu oyunda tənha qalmağlarını hiss ediblər. Bunun nəticəsidir ki, onlar sülh danışıqlarından birtərəfli olaraq imtina ediblər: "Ona görə biz Qarabağ müharibəsində böyük təcrübəsi olan ehtiyatda olan zabit, gizir, çavuş və əsgər heyəti bu gündən etibarən qısa müddət ərzində səfərbər olub, hücum briqadaları yaratmaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək təlimlərə başlamaq və işğalda olan Azərbaycan torpaqlarının azad olması üçün ön cəbhəyə yollamağa qərar veririk. Səfərbərlik könüllülük əsasında yüksək döyüş qabiliyyətinə malik olan Əfqanıstanda və Dağlıq Qarabağda gedən döyüşlərdə təcrübə yığmış keçmiş döyüşçüləri cəlb etməklə həyata keçiriləcək. Biz - Müharibə iştirakçıları Vətənimizin ərazi bütövlüyünü təmin etmək məqsədi ilə bu qətiyyətli addımı atırıq"