Nərimanov rayonunda Məktəblilərin Sağlamlıq Forumu keçirilib
6 May 2016 14:03 SosialGənclər üçün Təhsil Mərkəzi "Məktəblilərin Sağlamlıq Forumları" adlı layihənin icrasına başlayıb. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində ilk forum Nərimanov rayonunda keçirilir. Yüzlərlə məktəblinin iştirak etdiyi Forumun keçirilməsində əsas məqsəd məktəblilərin sağlamlığının qorunmasına, fiziki tərbiyəsinin artılmasına, habelə onların zərərli vərdişlərdən uzaqlaşdırılmasına və sağlam həyat tərzi keçirmələrinə kömək etməkdir. Forumun giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirmişdir ki, ölkəmizdə digər vacib sahələrdə olduğu kimi əhalinin sağlamlığının qorunması istiqamətində də həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları birgə səy göstərirlər. Onlar tərəfindən hər il yüzlərlə maarifləndirmə kampaniyaları, aksiyalar və digər tədbirlər həyata keçirilir. O, məktəblilərin sağlamlığının qorunması istiqamətində dövlətin gördüyü işləri xüsusi qeyd edərək, gənclər təşkilatlarının da bu işdə öz töhfələrini əsirgəmədiyini və ciddi səylər göstərdiyini vurğuladı. Bildirildi ki, sözügedən forumlarla yanaşı, məktəblilər üçün pulsuz tibbi müayinələr, məsləhət saatları, habelə məktəblilər arasında sağlamlıqla bağlı yazı müsabiqələri, sərgilər, maarifləndirici kampaniyalar və s. təşkil olunacaq.