Türkiyədə “Parlament kuboku” keçiriləcək

Azərbaycanlı deputatlar da yarışlara qatılacaq

Türkiyənin Antalya şəhərində 4 ölkənin parlament təmsilçilərinin iştirakı ilə "Parlament kuboku" futbol turniri keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə facebook profilində məlumat verən millət vəkili Fazil Mustafa bildirib ki, 7-8 may tarixlərində baş tutacaq turnirdə Türkiyə, Azərbaycan, Polşa, Ukrayna deputatlarından ibarət futbol komandaları mübarizə aparacaq: "11 nömrə ilə oynayacağam. İnşallah maraqlı bir turnir olar və haqqı çatan qalib gələr".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00