“Şahin” hərbi-idman oyununun respublika final yarışı keçiriləcək
6 May 2016 13:52 Sosial"Şahin" hərbi-idman oyununun respublika final yarışı 9-10 may tarixdə keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbirin proqramına əsasən mayın 9-da iştirakçı komandalar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Mayın 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Şahin" hərbi-idman oyununun respublika final yarışının açılış mərasimi keçiriləcək və yarışının qalibləri həmin gün müəyyənləşəcək.1996-cı ildən keçirilən "Şahin" hərbi-idman oyununda VIII və X sinif şagirdləri iştirak edir. Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayırlar .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00