Qaradağ Sənaye Parkında işləyəcək əcnəbilər məcburi dövlət sosial sığortasından azad edilir
6 May 2016 12:46 SosialBu gün Milli Məclisin plenar iclasında "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Məlumata görə, dəyişiklik müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının (Qaradağ Sənaye Parkının - red.) rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilərin 2016-cı il mayın 1-dən 5 il müddətində məcburi dövlət sosial sığortasına cəlb edilməməsini nəzərdə tutur.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00