Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib
6 May 2016 12:31 Sosialzərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 7-si qərb rayonlarından başlayaraq mayın 9-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Temperatur tədricən 3-5 dərəcə aşağı enəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00