Apreldə Ceyhan limanından ixrac olunan neftin həcmi açıqlanıb
6 May 2016 12:08 SosialCari ilin aprel ayı ərzində 2 mln. 251 min 475 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb (Bu həcmin 1 mln. 128 min 973 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Bu barədə "APA-Economics"ə SOCAR-dan məlumat verilib. Bundan başqa, bu ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 mln. 88 min 919 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il may ayının 1-ə qədər Ceyhan limanından 301 mln. 282 min 269 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00