Azərbaycanda Dağıstan mədəniyyət günləri keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mayın 12-13-də ilk dəfə olaraq ölkəmizdə Rusiya Federasiyasının Dağıstan mədəniyyət günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, mayın 12-də Heydər Əliyev Sarayında mədəniyyət günlərinin açılış mərasimi olacaq. Tədbirdə Dağıstan incəsənət ustalarının iştirakı ilə konsert proqramı və sarayın foyesində "Dağıstan: tarix və müasirlik" adlı dekorativ-tətbiqi sənət sərgisi təqdim ediləcək. Konsert proqramında məşhur "Ləzginka" Akademik Rəqs Ansamblı, "Xasavyurt" Dövlət Rəqs Ansamblı və solistlərin iştirakı nəzərdə tutulur. Mədəniyyət günləri çərçivəsində Dağıstanda fəaliyyət göstərən teatrların kollektivləri Xaçmaz, Balakən, Zaqatala, Qusar rayonlarında tamaşalar nümayiş etdirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00